"Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.
Paylaşımda deyilir ki, Böyük Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür:
"Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşdüm".
Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm. 🇬🇧minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini 🇦🇿la bölüşür. Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən 4 🇬🇧lı minatəmizləmə mütəxəssisi ilə görüşdüm pic.twitter.com/lQ7YROGAwE
— James Sharp (@JamesSharpFCDO) January 19, 2022