“Sabah” bu gün Antalyadakı təlim-məşq toplanışları çərçivəsində növbəti oyununa çıxıb.
"Unikal" xəbər verir ki, paytaxt klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu 83-cü dəqiqədə Kamran Quliyev vurub.
Qeyd edək ki, “Sabah” Antalya toplanışında ilk yoxlama oyununda Macarıstanın “Pakş” klubu ilə qollu bərabərə qalıb - 1:1. Premyer Liqa təmsilçisi son sınağını yanvarın 25-də “Mladost”a (Luçani, Serbiya) qarşı verəcək.