Məşhur aktrisa Serenay Sarıkaya ötən gün avtomobildə olarkən şiddətə məruz qalıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə aktrisa İstanbulun Etilər səmtindəki evinə gedərkən baş verib.
Belə ki, naməlum şəxs Serenayın olduğu maşına yaxınlaşaraq nəqliyyat vasitəsini təpikləyib. Hadisənin ardından aktrisa polisə şikayət ərizəsi yazıb.
Məlum olub ki, adı açıqlanmayan şəxs aktrisanın pərəstişkarı imiş və bir müddətdir onu təqib edirmiş.
Araşdırmalar aparılır.