Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Selahattin Beyazıt dünyasını dəyişib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Selahattin Beyazıt 91 yaşında vəfat edib.
Qeyd edək ki, Selahattin Beyazıt 1969 - 1973 və 1975 - 1979-cu illərdə İstanbul təmsilçisinə rəhbərlik edib.