Braziliya Futbol Konfederasiyası (CBF) bu il öz bayrağı altında keçiriləcək turnirlərdə bütün futbolçulardan məcburi vaksinasiya tələb edəcək.
"Unikal" CBF-nin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq tələblər qurumun cümə günü dərc edilən yenilənmiş tibbi reqlamentində öz əksini tapıb.
Konfederasiyanın baş həkimi Xorxe Payvanın sözlərinə görə, bu qərar futbolçuların təhlükəsizliyi ilə bağlıdır. "Bu günədək xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti peyvənd olunmayanlardır. "Omikron" ştamının yoluxuculuğu yüksəkdir və futbolçular maskasız oynayırlar. Bizim edə biləcəyimiz yeganə şey xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün onlardan peyvənd olunmasını tələb etməkdir".