Brazilya millisinin sabiq futbolçusu Oskar "Barselona"ya keçə bilər.
"Unikal" xəbər verir ki, 30 yaşlı "sambaçı" Kataloniya klubundan təklif aldığını bildirib.
Qeyd edək ki, hazırda Çin təmsilçisi "Şanxay Port"da çıxış edən futbolçunun klubuyla 2024-cü ilədək müqaviləsi var.
Xatırladaq ki, Oskar 2017-ci ildə 60 milyon avroya "Çelsi"dən Çinin yolunu tutmuşdu.