“Real”ın futbolçusu Kərim Benzema xoşagəlməz hadisə ilə üzləşib.
"Unikal" xəbər verir ki, fransalı hücumçunun evi qarət olunub.
Forvard “Real”ın “Elçe” ilə oynadığı vaxt oğrular onun evinə giriblər. Cinayətkarlar evin bağından içəri daxil olublar. Hadisə zamanı orada heç kim olmayıb. Oğruların evdən nə apardığı açıqlanmayıb.
Qeyd edək ki, “Elçe” ilə 2:2 hesabı ilə başa çatan matçda penaltini qaçıran Kərim 58-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.