Dünyaca məşhur fransalı modelyer, fotoqraf və "Mugler" moda evinin yaradıcısı Tyerri Müqler dünyasını dəyişib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, ötən gün 72 yaşında təbii səbəblərdən vəfat edib.
Qeyd edək ki, Tyerri 1973-cü ildə klassika və müasirliyin birləşməsinə əsaslanan ilk qadın geyim kolleksiyasını yaradıb. O, 1980-ci ildən etibarən məşhurlaşıb. 1992-ci ildə özünün ətir brendini qurub. O, dünyaca məşhur ulduzların - Beyons, Ledi Qaqa, İrina Şeyk, Meqan Foksun geyimlərini hazırlayıb.