Türkiyəli məşhur müğənni Yıldız Tilbe "Posta"ya verdiyi açıqlamasında vəsiyyətindən danışıb.
"Unikal" xəbər verir ki, müğənni ölümündən sonra həyatının ekranlaşdırılmasını istəmədiyini bildirib:
"Həyatımın kino və ya sənədli film olmasını istəmirəm. Çünki həyatımı ifadə edə bilməyəcəklər".
O, məşhurluğun əslində bir cəza olduğuna inandığını söyləyib:
"Bəlkə də kənardan göründüyü xüsusi insan deyiləm. Kim haradan bilə bilər ki? Bəlkə də insanların bizdə gördüyü özəllik cəzamızdır. Bir yerdə yemək yeyə, dənizə gedə, başqaları kimi yolda ağlaya, rahat alış-veriş edə bilərik? Bəlkə də bu cəzadır".