Türkiyə Superliqası komandalarından “Adana Dəmirspor”un formasını geyən futbolçu Mario Balotelli 3,5 illik fasilədən sonra İtaliya millisinin heyətinə çağırılıb.
"Unikal" xəbər verir ki, sonuncu dəfə 2018-ci ilin sentyabrında yığmada oynayan Balotelli əvvəllər “İnter” və “Mançester Siti”də birlikdə çalışdığı Roberto Mançininin rəğbətini qazanmağa çalışacaq.
Qeyd edək ki, Balotelli indiyədək İtaliya seçməsin ilə 36 matça qatılıb və 14 qol vurub.
Bu mövsüm Superliqa və Türkiyə Kubokunda 21 oyunda iştirakk edən hücumçu 5 məhsuldar ötürmə və 9 qola imza atıb. 31 yaşlı futbolçunun “Adana Dəmirspor”la 2,5 illik müqaviləsi var.