Türkiyəli müğənni Hadisə ilə iş adamı Mehmet Dinçerlerin toy tarixi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük aprelin 27-də nikah masasına əyləşəcək. Sevgililərin həmin tarixi seçmə səbəbi isə Qədr gecəsinə təsadüf etməsidir.

Qeyd edək ki, müğənni bir neçə gün öncə evlilik təklifi alıb. Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir.