“Atletiko”nun qapıçısı Yan Oblak koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bunu Madrid təmsilçisinin mətbuat xidməti açıqlayıb.
29 yaşlı sloveniyalı qolkiperin testi müsbət nəticələnib. Oblak karantinə alınıb.
Qeyd edək ki, 2014-cü ildən “Atletiko”nun formasını geyinən Oblak cari mövsüm 27 matç keçirib.