Xalq artisti Naibə Allahverdiyeva "Günün sədası" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o, proqramda özəl həyatı ilə bağlı bəzi açıqlamalar verib. Həmçinin, N.Allahverdiyeva ikinci həyat yoldaşından ayrılması xəbərini təsdiqləyib.
Belə ki, "İkinci həyat yoldaşınız sizi xoşbəxt etmədi? Əvvəlki kimi sizi sevmədi" sualına aktrisa belə cavab verib:
"İş o deyil ki, xoşbəxt olmursan ayrılırsan. Mən xoşbəxt qadın deyiləm. Həyat yoldaşı qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. O, yox, mən onu əvvəlki kimi sevmirəm. Onu qazanmaq lazım idi, itirmək yox".