Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" sonuncu yoxlama oyununu keçirib.
"Unikal" xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib. Razılığa əsasən, qarşılaşma 3 hissədən ibarət olub. İlk iki hissənin hərəsi 45 dəqiqə, sonuncu isə 30 dəqiqə davam edib.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bakı klubu 53-cü dəqiqədə Coy-Lens Mikelsin qolu ilə hesabı açsa da, yekunda qələbəni əldən verib.
Qeyd edək ki, "Sabah" Antalya toplanışındakı əvvəl iki görüşdə Macarıstan "Pakş"ı və Ukrayna "Zarya"sı ilə də 1:1 hesablı heç-heçə edib.