Aktrisa Bergüzar Korel və həyat yoldaşı Halit Ergençin Türkiyədən köçməsi xəbəri gündəm mövzusuna  çevrilib. 

"Unikal" xəbər  verir ki,  cütlük  uzun müddətdir ki,  övladları - Ali Ergenç, Han Ergenç və Leyla Ergenç ilə birlikdə  İngiltərədə  yaşayır.  Aktrisa və  aktyorun Londondan fotolar  paylaşması  onlar  barəsində  yayılan iddiaları  bir daha təsdiq edib. Hətta  onların İngiltərədən ev aldıqları da qeyd olunub.  

Bununla bağlı məşhur simalar  açıqlama verməsə də,  bildirilir ki,  cütlük yalnız layihələrinə  görə Türkiyə gəlib-gedəcəklər. 

"Binbir Gecə" və "Vatanım Sensin" ilə türk serial sektorunda adlarını həkk etdirən aktyor və aktrisanın Türkiyəni hansı səbəbdən tərk etdikləri məlum deyil.