5 hərbçini qətlə yetirən 20 yaşlı əsgər Artemiy Ryabçukun qətl görüntüləri ortaya  çıxıb.  

"Unikal" xəbər  verir ki,  əsgər xidməti  silahla otaqda  olan hərbçi yoldaşlarını güllələyib. Həmin anlar anbaan otaqdakı müşahidə kameralarına əks olunub. 

***11:49

Ukraynanın Dnepr şəhərində 5  hərbçini  qətlə  yetirən Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk saxlanılıb. 

"Unikal"  xəbər  verir  ki,  bu  barədə "RİA Novosti" məlumat yayıb.

***10:10

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından yoldaşlarına atəş açıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 5-i yaralanıb.  İnsidentdən sonra əsgər silahla qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Gülayə  Mecid