Xəbər  verdiyimiz  kimi, türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu silahla qətlə yetirilib. 

"Unikal" xəbər verir ki, hadisədən sonra Ecenin yaxın dostu, həmkarı Bircan Bali "Söylemezsem olmaz" proqramında Ecenin zənglərə  cavab vermədiyini bildirib. 

O, buna baxmayaraq Ecenin anası ilə əlaqə saxladığını da dilə gətirib. Ecenin anasının  sözlərinə  görə, "Ece çox pərişandır.  Xəbəri eşidən kimi,  "Mən buna necə dözəcəm, onu çox sevirəm"  deyə ifadə işlədib. Hazırda Ece yanımızdadır", -  deyib. 

Bildirək ki,  Şafak 7 güllə yarası aldıqdan sonra xəstəxanada çoxlu qan itirdiyi üçün həyatını itirib. Silahlı şəxslərin hücumu zamanı vəkilin sürücüsü də ağır yaralanıb. 

Şafak Mahmutyazıcıoğlunun ölümü ilə bağlı cinayət  işi açılıb.  Araşdırmalar aparılır.