Dünyanın ən sürətli və bahalı təcili yardım maşını nümayiş etdirilib.
"Unikal" xəbər verir ki, “Ekspo Dubay 2020” sərgisində göstərilən “Hypersport Responder” adlı avtomobil Hollivudun məşhur “Fast and Furious” filmindəki “Lukan Hypersport” modelinin daha mükəmməl formasıdır və təcili yardım məqsədilə istifadə olunacaq.
Belə ki, 3,5 milyon dollara satılacaq avtomobil hər 2,8 saniyədə bir sürəti saatda 100 kilometrə çatdıra bilir.