Qazaxıstanda baş verən iğtişaşlar peşəkarlar tərəfindən planlaşdırılıb, hakimiyyət dinc nümayişçilərə qarşı güc tətbiq etməyib.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli televiziya kanalına müsahibəsində deyib.
Tokayev iğtişaşlar dövründə Qazaxıstan hakimiyyətinin informasiya baxımından məğlub olduğunu qeyd edib.
O, Qazaxıstan konstitusiyasında heç bir dəyişiklik olunmayacağını və iki dəfə prezident seçilmək hüququndan istifadə edəcəyini deyib.