“Qadınlar postmünaqişə dövründə çox mühüm rol oynayırlar. Onların cəmiyyətin sağlamlaşdırılmasında da xüsusi rolu var”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
“Azərbaycan ərazilərinin işğalına son qoymaqla təkcə ərazi bütövlüyünü bərpa etməyib, həmçinin Cənubi Qafqazda sülhə yol açan reallığı yaradıb. Bu məqsədə çatmaq üçün çoxlu səy lazımdır”, - o bildirib.