Türkiyəli aparıcı Esra Erolun verilişində qonaq olan 18 yaşlı qızın üzərinə səs tonunu yüksəldərək dediyi sözlər gündəm mövzusuna çevrilib.
"Unikal" xəbər verir ki, sosial mediada aparıcının bu hərəkəti qınanılıb. Bəzi istifadəçilər onu "şou" göstərərək, verilişin reytinqini yüksəltdiyini bildiriblər.
Belə ki, sözügedən videoya münasibət bildirənlərdən biri də aktrisa Hazal Kaya olub.
O, Esranı tənqid edərək 18 yaşlı bir qızı canlı yayında insanların gözü önündə bu cür alçaltmasını şou adlandırıb:
"Kamera qarşısında o balaca qızın üzünə-üzünə qışqıraraq dediklərinin öldürülən, şiddətə məruz qalan qadınlara "Orada nə işin vardı" deməkdən nə fərqi var? Sən kimsən ki, efirə çıxmaq istəməyən, ağır travma alan qadının üzərindən şou göstərirsən?".