Bir zaman Türkiyənin ən reytinqli seriallarından biri "Aşk-ı Memnu" nun aktyorları 14 il sonra bir araya gəlib.
"Unikal" xəbər verir ki, ekran işində ata və qızına həyat verən aktyorlar Selçuk Yöntem və Hazal Kaya həmin anları fotoya alıb. Belə ki, fotonu instaqram hesabında paylaşan Hazal "Böyük şansım, canım "taklım" sözlərini yazıb.
Qeyd edək ki, sözügedən serialda Hazal "Nihal", Yöntem isə "Adnan Ziyagil" obrazına həyat verib.