Ötən gün repçi Navainin (Nəvai Bəkirov) Bakı haqqında nalayiq ifadə işlətməsini əks etdirən görüntülər sosial şəbəkədə qınaq obyektinə səbəb olub.
"Unikal" xəbər verir ki, bundan sonra repçi sosial şəbəkələrdə yayılmış videosu ilə bağlı açıqlama yayıb.
O, İnstaqramın hekayə bölməsində Bakının ünvanına nalayiq ifadə işlətdiyi videonun montaj olduğunu ifadə edib:
“Görürəm ki, kimsə adımı qaralamağa çalışır, hər növ montaj işləri görərək, mənə çirkab atmağa çalışır. Səbəbi isə bilinmir. Ancaq bütün adekvat insanlar mənim Vətənimə, qan qardaşlarıma və bacılarıma münasibətimi bilirlər. Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər birinə həyatımı verərəm. Babamızın dünyanın hər yerində təkrarladığım sevimli sözləri var: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Qeyd edək ki, azərbaycanlı repçi Rusiyada fəaliyyət göstərir.