Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu administrasiyasının rəhbəri təyin edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tokayev Nurtleunu respublikanın Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edib.
45 yaşlı M.Nurtleu 2022-ci ilin yanvarından Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı. O, əvvəllər ölkə Prezidenti Administrasiyası rəhbərinin müavini, prezidentin köməkçisi vəzifələrində çalışıb.