Türkiyəli məşhur pop ulduz Demet Akalın bahalı geyimi ilə yenidən gündəmə gəlib.
"Unikal" xəbər verir ki, müğənni ötən gün Kartepedə konsert verib. Demet Akalın səhnə üçün geyindiyi dəridən hazırlanmış əlbisəsi diqqət çəkib. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, müğənni bu geyimə sərvət dəyərində pul ödəyib.
Belə ki, müğənninin dünyaca məşhur brendə məxsus geyiminin qiyməti - 65 min TL ( 8 259 AZN) olduğu bildirilib.