Danimarka bu gündən etibarən koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.
"Unikal" xəbər verir ki, yeni qərara görə, ölkədə gecə klubları və restoranlar yenidən açılacaq və yalnız xəstəxanalara gedəndə maskalar tələb olunacaq.
Bildirilib ki, yerli hakimiyyət peyvəndlərin yüksək səviyyədə olması səbəbindən belə bir qərar qəbul edib.
"France Presse"nin məlumatına görə, artıq danimarkalıların 60 faizindən çoxu peyvəndin üçüncü dozasını qəbul edib.
Bununla da Danimarka Avropada sözügedən pandemiya əleyhinə bütün məhdudiyyətləri ləğv edən ilk ölkə oldu.
Ağarza Elçinoğlu