Türkiyəli model Ece Su Uçkan bədbəxt hadisə ilə üzləşib.
"Unikal" xəbər verir ki, 22 yaşlı model Kadıköydə taksiyə minib. Lakin çox keçməyib ki, taksi hərəkətdə olarkən sürücü sükanı itirdiyindən dənizə düşüb. Əraziyə xilasedici qüvvələr cəlb olunub.
Xoşbəxtlikdən Ece və sürücü üzərək dənizdən çıxmağı bacarıblar. Bu barədə sosial mediada paylaşım edən model, "Suyun altında qaldıq. Dərhal üzərək canımızı qurtarmalı olduq", - deyə ifadə edib.
Taksi dənizdən çıxarılıb. Sürücü və model isə xəstəxanaya yerləşdirilib.