Koronavirusundan qorunmaq üçün ailəsi ilə birlikdə aylarla karantində qalan Meqastar Tarkandan xəbər  var. 

"Unikal" xəbər verir ki,  müğənni  koronavirusa yoluxub. O,  bu  barədə sosial  şəbəkə hesabından  məlumat verib. Sənətçi 10 gün əvvəl koronavirusa yoluxduğunu açıqlayıb.

Yaxşı olduğunu  ifadə  edən Tarkan, "Peyvənd olunduğuma görə sevinirəm. Özünüzə yaxşı baxın", - deyə şərh bildirib. 

Qeyd edək ki,  müğənni  koronavirusun Türkiyədə  aşkarlanmasından sonra ailəsi ilə birlikdə  Almaniyaya köçüb.