"Polad Həşimov öz şəhadəti ilə deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin oladı".
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, bu yaxınlarda Gəncədə ermənilər tərəfindən dağıdılmış evlərin önündə demişdim ki, hətta o dağıntılardan çıxanlar, öz yaxınlarını itirənlər deyirdilər ki, ancaq irəli getməliyik.
"Yadımdadır, mən müharibə zamanı bir çox müsahibələr vermişdim. Bir sual bu günə qədər yadımdadır, bir jurnalist demişdir ki, ya Bərdədə, ya Tərtərdə dəfn mərasimində olub. Artıq bu müsahibədən sonra söhbət əsnasında dedi ki, təəccüb elədim ki, mən gördüm ki, Sizə qarşı, iqtidara qarşı heç bir narazılıq yoxdur. Mən gözləyirdim ki, orda Sizi ittiham edəcəklər, deyəcəklər ki, nə üçün İlham Əliyev bu müharibəni başlayıb, biz yaxınlarımızı itirmişik. Dedi ki, bir çox döyüş yerlərində olub, belə ruh yüksəkliyi görməmişəm. Hamı deyirdi ki, Prezidentin arxasındayıq, hamı deyirdi ki, ancaq dayanmasın. Bilirsiz, bax budur xalq və xalq hazır olmalı idi buna və hazır oldu. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə sənin üçün, sənin yaxlnların üçün, amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və əbədi yaşayacaq xalqımızın qəlbində", - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, görüşdə Milli Qəhrəman Polad Həşimovun qızı Aybəniz Həşimova da iştirak edib.