Türkiyə Azərbaycanın razılığı ilə Ermənistanla münasibətlərin normallaşdırılması siyasətini aparır.
"Unikal" xəbər verir ki, bunu Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik mətbuat konfransında deyib.
Ö.Çelik qeyd edib ki, Azərbaycanın Qarabağdakı qələbəsindən sonra yeni fürsətlər pəncərəsi yaranıb.
R.T.Ərdoğanın "Ermənistan bu iddialardan uzaq dursa və Azərbaycana qarşı aqressiv münasibətindən əl çəksə, regionun digər dövlətləri, Rusiya, İran və Gürcüstanın iştirakı ilə genişmiqyaslı sülh mexanizmi ortaya çıxa bilər" sözlərini xatırladan Ö.Çelik əlavə edib ki, Türkiyə Prezidenti regional sülhə töfhə vermək və Qara dənizdə böhranın qarşısını almaq üçün bu missiyasını qətiyyətlə davam etdirir. "Bir millət - iki dövlət" konsepsiyası çərçivəsində Azərbaycanın razılığı ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.