Ermənistanda son sutka ərzində daha 4 192 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, yoluxanların ümumi sayı 383 458 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8075-ə yüksəlib. Aktiv xəstələrin sayı 27 614 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1545 nəfərə çatıb.