Bu gün Çinin paytaxtı Pekində 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

"Unikal" xarici  KİV-ə  istinadən xəbər verir ki, tədbir Pekin Milli Stadionunda təşkil olunacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bildirək ki, dünən isə ənənəvi məşəl estafeti olub. Bu estafetdə 68 yaşlı çinli aktyor Ceki Çan da iştirak edib. O,  məşəli Çin Səddi  boyunca daşıyıb. Aktyorun estafetə qatılması  müsbət qarşılanıb.