Xalq artisti Tünzalə Ağayeva "Günün sədası" proqramına qonaq  olub.

"Unikal" xəbər  verir  ki, müğənni proqramda özəl həyatı ilə bağlı maraqlı açıqlamalar verib.  Belə ki, Tünzalə  sevgi yaşadığını etiraf edib.

"Bəhram Bağırzadə mənə deyir ki, sənə nə olub, aşiq olmusan? Deyirəm, hə..." deyə, Tünzalə bildirib.

Müğənni "Tünzalə Ağayevanın sevdiyi insan kimdir? İkinci baharınızı yaşayırsınız" sualına isə belə cavab verib:

"Adını çəkməyəcəm. Hamının həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. "O, filankəsdir, adı, yaşı budur" deməmişəm. 20 ildir demədim, deməyəcəm də... Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram".