Goranboyda baş verən hadisədə ölənlərin kimlikləri məlum olub.
"Unikal" xəbər verir ki, bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.
Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.
İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.
O, polis tərəfindən saxlanıb.
***18:21
Goranboyda qətl hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, hadisə torpaq mübahisəsi ilə bağlı baş verib və 2 nəfər bıçaqlanaraq öldürülüb.
Ölənlərin bacı və qardaş olduğu bildirilir.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.