"Ən yaraşıqlı müğənniyəm. Məndən başqası da var".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Həmin Zaur" proqramında deyib. O, aparıcı Zaur Kamalın suallarını cavablandırıb. Kərim bildirib ki, pullarını geyimə və mahnıya xərcləyir:
"Əynimdəki kostyumun qiyməti 880 manatdır. Mənim üçün bahalıdır".
Kərim "Şəhərin mərkəzində ev almaq fikrindəsən" sualına "Evim var idi. Amma çalışıram, vuruşuram. Bundan sonra istəyirəm on evim də olsun" cavabını verib.