Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirlikdən "Unikal"a bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.
Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.
"2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.
*** 10:03
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.