Fevralın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.