"Məni görən qızları, qızları görən məni xatırlayır. Bu da normaldır".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Şourum" proqramının "Deyirlər ki..." rubrikasında deyib. Aparıcı Ruslan Ağayevin suallarını cavablandıran sənətçi həmkarı Natavan Həbibi ilə bağlı açıqlama verib.
Elnarə bildirib ki, "W-trio" haqda danışmağa özünə qadağa qoyub: "Məndən nəsə soruşdular, danışdım. Bu da qızlardan birinin xoşuna gəlmədi. Natavan yazdıı ki, "Bircə sənin yadından çıxsaydıq...". Yenə adını çəkdim. Səndən üzr istəyirəm, Natavan. Heç birisinin arxasınca pis söz danışmamışam, danışmaram da. Özümə söz vermişdim, amma üstündə dura bilmədim. Mehribançılıq olmaması üçün bir səbəbim yoxdur. Hamının hər şeyi var: evi, övladı, gözəl həyatı. Narazıçılıq etməyə səbəb nədir?".