Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub.
FHN-dən "Unikal"a bildirilib ki, məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Bakıda dönərxanada yanğın olub.
"Unikal" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Köz tantuni köftə dönər" kafesində qeydə alınıb.
Belə ki, kafedə anidən yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, daha sonra yanğın söndürülüb.