Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir şəhəri, S.Əsgərova küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına, habelə bitişik evə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli üçotaqlı evin 2 otağının, dam örtüyünün yanar konstruksiyaları 100 kv.m. sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.