Biləsuvarda fərdi yaşayış evində yanğın baş verib.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin lambirin və qamış konstruksiyadan ibarət tavanı 70 m² sahədə, çardağının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.