Yevlax rayonunda 3 yaşlı oğlan faciəvi şəkildə ölüb.
"Unikal" "Kriminalqafqaz"-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 10 radələrində Aran qəsəbəsində baş verib.
Belə ki, 2019-cu il təvəllüdlü Rahib Rövşən oğlu Cəfərquliyevin üstünə yaşadığı evdə paltar dolabı aşıb. Xəstəxanaya yerləşdirilən 3 yaşlı oğlan orada ölüb.
Rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalar aparılır.