Türkiyəli aktyor Tolqahan Sayışmanla həyat yoldaşı Almeda Abazi ilk dəfə birlikdə kamera qarşısına keçəcək.

"Unikal" xəbər verir ki, cütlük reklam çəkilişində rol alacaq. Mebel firmasının siması olacaq ikilinin bunun qarşılığında şirkətdən 3 milyon lirə alacağı bildirilib.

Qeyd edək ki, Tolqahan və Almedanın iki övladı var.