Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, vəkil Şafak Mahmutyazıcıoğlunun qətlində şübhəli bilinən Seccad Yeşil adlı şəxs saxlanılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, 13 gündür axtarışda olan qatil Bursada polislər tərəfindən yaxalanıb.
Bildirək ki, Ece Erkenin 7 ay əvvəl evləndiyi vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu yanvarın 27-də Bakırköydə restotanların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya aparılan Mahmutyazıcıoğlu bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Məşhur vəkilin sürücüsü Murat Bilməz insident nəticəsində yaralanıb.
Cinayətdə şübhəli bilinən 11 nəfər Türkiyə Təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib. Hadisə ilə bağlı 8 nəfər həbs edilib. Şübhəlilərdən Serkan Dakmanın axtarışları davam edir.