Aktyor Bahadır Ünlü həyat yoldaşına məxsus restorana gələn müştərilərə bıçaqla hücum edib.
"Unikal" xəbər verir ki, türkiyəli aktyorun bu hərəkəti etməsinə səbəb müştərinin xanımı ilə mübahisə yaşaması olub.
Belə ki, Bahadır əlinə bıçaq alaraq sapı ilə həmin şəxsin başına dəfələrlə vurub. Xoşbəxtlikdən şəxs şikayətçi olmayıb.
Lakin Bahadır yanvarın 20-də baş verən mübahisənin görüntülərini sosial media hesabında paylaşdıqdan sonra rəsmi qurumlar araşdırma başladıb. Polis bölməsinə aparılan aktyor dindirilmədən sonra sərbəst buraxılıb.