İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu gün axşam saat 18:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllı şəhəri ərazisində "QAZ-3110" və ""KamAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada keçinib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)