Bakının Pirallahı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

"Unikal" xəbər verir ki, hadisə Qurban Abbasov küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Mustafayeva Mahirə Firuddin qızı qonşusunun idarə etdiyi avtomobilin arxa hissəsində dayanıb. Bu zaman sürücü ehtiyatsızlıqdan M. Mustafayevanı vuraraq üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)