Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq.
"Unikal" xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi deyib.
M.Rəzəvinin sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları şirkətləri tərəfindən həyata keçiriləcək.
Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması gündəmə gətiriləcək.
Qeyd edək ki, bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.