İstehlaka yararsız və istifadə müddəti bitmiş 1495 kiloqram müxtəlif növ yeyinti məhsulları məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Merano-Baku” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 1495 kiloqram müxtəlif növ yeyinti məhsulları “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.