Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, fond tərəfindən indiyədək 2927 şəhid ailəsi ziyarət olunub.
Eyni zamanda, bu günə qədər 11 534 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 5303 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 16 688-dir.
Anar Kəlbiyev